İlin son veloyürüşü
26 dekabr 2013 17:09
31 dekabr - Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni Il münasibətilə Azərbaycan Velosiped Idmanı Federasiyası, Dənizkənarı Milli Park Idarəsi ilə birlikdə dekabr ayının 29-u, saat 16:00-da velosiped həvəskarları üçün Kukla teatrından start götürməklə Hökumət Evinə qədər olan marşrut üzrə veloyürüş keçirəcək. Azerisport.az xəbər verir ki, velosipedi olmayanlar federasiya tərəfindən velosipedlə təmin ediləcək, kiçik yaşlı uşaqlara yeni il hədiyyələri təqdim olunacaq.
AVİF bütün velosiped həvəskarlarını dekabrın 29-da bayram yürüşünə dəvət edir və bayram sevincini birgə yaşamağa çağırır.