AVİF-dən bayram hədiyyəsi (FOTO)
29 dekabr 2013 01:19
31 dekabr - Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni Il münasibətilə Azərbaycan Velosiped Idmanı Federasiyası, Dənizkənarı Milli Park Idarəsi ilə birlikdə bu gün - dekabrın 29-da, saat 16:00-da velosiped həvəskarları üçün yürüş keçirəcək. Azerisport.az xəbər verir ki, veloyürüş Əl Oyunları İdman Sarayının yanından start götürəcək və saat qülləsinin yanında başa catacaq.
Velosipedi olmayanlar federasiya tərəfindən velosipedlə təmin ediləcək, kiçik yaşlı uşaqlara yeni il hədiyyələri təqdim olunacaq.
AVİF bütün velosiped həvəskarlarını dekabrın 29-da bayram yürüşünə dəvət edir və bayram sevincini birgə yaşamağa çağırır.