“Synergy Baku” “Circuit Des Ardennes”də
21 yanvar 2014 16:45

Azərbaycanın ilk peşəkar velosiped komandası “Synergy Baku”nun 2014-cü ildə iştirak edəcəyi daha bir beynəlxalq turnir məlum olub. Azersport.az xəbər verir ki, velosipedçilərimiz aprelin 11-13-də Fransada təşkl olunacaq “Circuit Des Ardennes” veloyürüşündə mübarizə aparacaqlar.
Yarışın təşkilatçıları sayca 40-cı dəfə təşkil olunacaq, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı yubiley xarakteri daşıyan yarışında iştirak edəcək 22 komandanın adını açıqlayıb ki, bu siyahıda “Synergy Baku”nun da adı var. Turnirin rəsmi saytında verilən məlumata görə, bu komandalardan 15-i Continental, qalan 7-si isə gənclərdən ibarət (U-23) müxtəlif klub və milli komandalardır.