Synergy Baku mövsümə Yeni Zelandiyada start verir
28 yanvar 2014 16:39
Azərbaycanın ilk peşəkar Kontinental velosiped komandası “Synergy Baku Cycling Project” 2014-cü ilə Yeni Zelandiyada keçiriləcək 2.2 kateqoriyalı “Cycle Classic” veloyürüşü ilə start verir. Azerisport.az xəbər verir ki, yanvarın 29-da start götürəcək 5 mərhələli yarışda 5 velosipedçimiz mübarizə aparacaq.
Bunlar almaniyalı Daniel Kleme, Kristof və Maykl Şvayzer qardaşları, avstraliyalı Patrik Leyn və həmvətənimiz Elçin Əsədovdu.
Qeyd edək ki, yarışda 20 komandanın tərkibində 100 velosipedçi mübarizə aparacaq.