Yeni Zelandiyadan şad xəbər
30 yanvar 2014 15:11
Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku"nun almaniyalı üzvü Daniel Klemme Yeni Zelandiyada keçirilən "Cycle Classic" turunun 2-ci mərhələsində 2-ci nəticə göstərib. Azerisport.az xəbər verir ki, Klemme 143 km-lik mərhələnin qalibi, avstraliyanın “Drapac Professional Cycling” komandasının hollandiyalı üzvü Vippert Viterdən cüzi fərqlə geri qalıb və finişi 2-ci keçib.
Xatırladaq ki, velosipedçimiz ilk mərhələdə 95 iştirakçı arasında 12-ci olmuşdu. 2 mərhələnin yekununa əsasən, Daniel Klemme liderdən cəmi 15 saniyə geri qalır və 12-ci mövqedədir. Sabah keçiriləcək 3-cü mərhələdə iştirakçılar 154.5 km məsafə qət edəcəklər.
(AVİF)