David McQuaid: Azərbaycan velosipedçilərini Rio-2016-da görür
17 fevral 2014 18:22

“Azərbaycanlılar Rio-2016-da iştirak üçün yaxşı imkanlar əldə edə bilər”. Azerisport.az xəbər verir ki, bu fikrə Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun irlandiyalı baş meneceri David McQuaid kollektiv üzvlərinin bacarıq və təcrübəsinə əsaslanaraq 2014-cü ildə daha güclü olacaqlarına ümid edir. O, beynəlmiləl heyətə malik “Synergy Baku”da İrlandiya ab-havasının olduğunu da gizlətmir.
Ötən il komandanın formalaşması üçün vaxt az olsa da, bu il vəziyyət tam fərqlidir - heyətə kifayət qədər lider idmançılar cəlb olunub və onlar üçün nəzərdə tutulan proqram tam təkmilləşdirilib.
“Bizim 2014-cü il üçün mükəmməl proqramımız var və bunu həyata keçirmək üçün kifayət qədər vaxtımız olub. Yeni il ərəfəsində komandanı bir yerə toplayaraq yarışlarla bağlı seçimimizi etdik. Ilk yarışlarımız Asiyada təşkil edilən turlar oldu. Bu yarışlarda dostlarımızın xüsusi dəvətləri əsasında iştirak etdik. Biz Avropada sonuncu dəfə ötən il mayın axırlarında “Ras” yürüşündə iştirak etmişik. Indi isə daha geniş proqramımız var. Yeni il ərəfəsində İspaniyanın Kalpe şəhərində təlim-məşq toplanışında olarkən idarə heyətinə öz planlarımı açıqladım. Hamılıqla bir yerdə bu il mayın sonunadək 17 velosipedçidən kimin hansı yarışda mübarizə aparacağını müəyyənləşdirdik. Bu ən mükəmməl bir strukturdur”.
David McQuaid fevralın sonlarında Tayvanda keçiriləcək və hər gün sprinter yarışının olacağı “Tour of Langkawi”də Maykl və Kristof Şvayzer qardaşları, eləcə də Daniel Klemmeyə çox güvənir. O komandanı qarşıda uzun bir marafonun gözlədiyini, bəzi velosipedçilərimizin hələ mübarizəyə başlamadığını də bildirərək nəticələrin getdikcə artacağına inandığını deyir.
Baş menecer “Synergy Baku”nun heyətində yer alan azərbaycanlı velosipedçilərin daha çox Avropa turlarında çıxış etməsinin tərəfdarıdır. Cünki, Azərbaycan Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) Avropa zonasında yer alır. Bu isə o deməkdir ki, Rio-2016 Yay Olimpiya Oyunları üçün həmvətənlərimiz Avropada keçiriləcək turlarda təsnifat xalları toplamalı və 4 illiyin zirvə yarışında iştirak hüququna yiyələnməlidirlər.
“Minimum hədəfimiz Braziliyaya bir azərbaycanlı velosipedçini göndərməkdir. Amma bəxt üzümüzə gülsə, o halda heyətdəki bütün azərbaycanlıların Rio-2016-da iştirakına şərait yarada bilərik” - deyə David McQuaid bildirib.
(AVİF)