Avropa turlarına uğurlu start
25 fevral 2014 15:00

Azərbaycanın ilk peşəkar velosiped komandası “Synergy Baku” 2014-cü ilin Avropa turlarına start verib. Azerisport.az xəbər verir ki, komandamızın üzvləri Sloveniyada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1.2 kateqoriyalı birgünlük “İzola” Qran-Prisində mübarizə aparıblar.
Heyətdəki 5 velosipedçidən komandanın debütantı, avstriyalı Markus Eybegerin çıxışı daha uğurlu alınıb. Məşqçilərin də əvvəlcədən nəzərdə tutduğu kimi, kollektivin digər üzvləri məhz Eybegerin öndə getməsi üçün çalışıblar və o bu imkandan istifadə edərək 142 km-lik yarışı liderlər qrupunda başa vurub.
Markus Eybeger finiş xəttini 3 saat, 43 dəqiqə, 1 saniyəyə keçən pelotonun içərisində olub və fotofinişə əsasən 20-ci yerlə kifayətlənib. Ümumilikdə isə yarışda 118 velosipedçi iştirak edib.
(AVİF)