Bədən tərbiyəsi və İdman günü münasibətilə veloyürüş baş tutdu
5 mart 2014 13:22

Artıq bir neçə gündür ki, 5 mart - Bədən tərbiyəsi və İdman günü münasibətilə silsilə tədbirlər təşkil olunur. Azerisport.az xəbər verir ki, belə tədbirlərdən biri bu gün velosipedçilərin iştirakı ilə baş tutub.
Tərkibində müxtəlif yaş qrupları üzrə yığma komandalarımızın üzvlərinin də yer 50-yə yaxın velosipedçi dəstəsi Şəhidlər Xiyabanından başlamaqla Hüseyn Cavid prospekti ilə yürüş keçirib.
Veloyürüş şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb.
(AVİF mətbuat xidməti)