Langkavi turu başa çatdı
8 mart 2014 18:55

Malayziyada təşkil olunmuş 10 mərhələli “Langkavi” turuna yekun vurulub. Azerisport.az xəbər verir ki, u gün keçirilmiş sonuncu, 10-cu mərhələdə iştirakçılar 103 km məsafə qət ediblər.
“Synergy Baku” komandasının üzvlərindən ən yaxşı nəticəni almaniyalı Daniel Klemme göstərib. O, liderlə eyni nəticəyə (2 saat, 15 dəqiqə, 55 saniyə) imza atsa da, fotofinişə əsasən 26-cı olub. Yekun sıralanmada isə komanda üzvlərimizdən avstraliyalı Patrik Leyn 29-cu yeri tutub.
“Synergy Baku”nun “Langkavi” turunda ən böyük uğuru isə irlandiyalı Metyu Bremmierin ən yaxşı dağ velosipedçisi kimi qazandığı “qırmızı mayka” olub: “Bu amil məndə özünəinam hissini xeyli artırıb”, deyən velosipedçi Malayziyadakı uğurlu çıxışını qarşıdakı yarışlarda da davam etdirməyə çalışacağını deyib.
(AVİF mətbuat xidməti)