Synergy Baku Xorvatiya və Tayvan yollarında
8 mart 2014 19:11

Azərbaycanın ilk peşəkar velosiped komandası “Synergy Baku” 2014-cü ilin təqvim planına əsasən, Avropa və Asiya turlarında iştirakını davam etdirir. Azerisport.az xəbər verir ki, Velosipedçilərimiz bu dəfə Xorvatiya və Tayvan yollarında yarışacaqlar.
5 günlük Tayvan turu (9-13 mart) Beynəlxalq Velosipedçilər Ittifaqının 2.1 kateqoriyasına aiddir. Yürüşdə “Synergy Baku”nu Markus Eybeger, Kristof Şvayzer, Yan Sokol, Samir Cəbrayılov və Aqşin Ismayılov təmsil edəcək. 5 gün ərzində iştirakçılar 733 km məsafə qət edəcəklər.
Xorvatiyada keçiriləcək 1.2 kateqoriyalı birgünlük (9 mart) “Porec Trophy” yuruşundə də 5 velosipedçimiz çıxış edəcək. Filipp Laveri, Aleksandr Surutkoviç, Konnor Makkonvey, Maksim Averin və Məhəmməd Ələkbərov 149 km məsafədə yarışmaqla fəxri kürsüyə qalxmağa çalışacaqlar.
(AVİF mətbuat xidməti)