Tayvan turunda 4-cü mərhələ
12 mart 2014 17:00

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun üzvləri Beynəlxalq Velosipedçilər Ittifaqının (UCI) 2.1 kateqoriyalı “Tayvan turu”nda çıxışlarını davam etdirirlər. Azerisport.az xəbər verir ki, 5 günlük yürüşün bu gün keçirilmiş 4-cü mərhələsində iştirakçılar 161 km məsafə qət ediblər.
Komanda üzvlərimizdən ən yüksək nəticəni Markus Eybeger göstərib - o, liderdən 2 saniyə geri qalmaqla 3 saat, 48 dəqiqə, 29 saniyə göstərici ilə 6-cı yeri tutub. 4 mərhələdən sonra ümumi sıralanmada Eybeger 6-cı yerdə qərarlaşır - o, liderə 11 saniyə uduzur.
Komanda hesabında “Synergy Baku” yürüşün 20 iştirakçısı arasında 10-cu mövqedə qərarlaşır. Sabah keçiriləcək sonuncu, 5-ci mərhələdə iştirakçılar 168 km məsafə qət edəcəklər.
(AVİF mətbuat xidməti)