Velopark yeni yarışı qəbul etməyə hazırlaşır
14 mart 2014 18:45

Martın 15-16-da Veloparkda velosiped idmanı üzrə Açıq Bakı Kriterium yarışları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının illik təqvim planına əsasən təşkil olunacaq yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 70-ə yaxın idmançısı iştirak edəcək.
Proqrama əsasən, martın 15-i, saat 16:00-da startı veriləcək ilk gündə Elit, U-23 və gənclər arasında ən güclülər müəyyənləşəcək. Martın 16-da isə yarışlar saat 12:00-da start götürəcək. Həmin gün U-15 və U-17 yaş qrupları üzrə velosipedçilər nəyə qadir olduqlarını nümayiş etdirəcəklər.
Açıq Bakı Kriterium yarışlarının təşkilində əsas məqsəd velosiped idmanının populyarlaşmasına və kütləviliyinə nail olmaq, həmçinin yığma komandalara namizəd velosipedçilərin hazırlıq səviyyəsini yoxlamaqdır. Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və pul mükafati ilə təltif ediləcək.