Fotoreportaj|Video|На русском

Velosiped İdmanı

Synergy Bakunun təqdimatı oldu

6 may 2014 18:54

Bu gün “Synergy Baku” kontinental velosiped komandasının “Tour d’Azerbaidjan-2014” veloyürüşü üçün təqdimat mərasimi və mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov ənənəvi təşkil olunan yarışın əhəmiyyətindən danışıb.

O bildirib ki, artıq 3-cü dəfə keçiriləcək veloyürüşün bu dəfə səviyyəsi daha da artıb. “Tour d’Azerbaidjan” Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyası üzrə olacaq: “Dünyada mövcud olan 17 pro-kontinental komandadan 8-i burada iştirak edir. Həmçinin, “Tour d`France”nin 2, “Vuelta” veloyürüşünün 1 qalibi veloyürüşə qatılacaq. Bütün bunlar sübut edir ki, turun səviyyəsi yüksəkdir”.

Ələkbərov sabiq SSRİ-də kifayət qədər tanınmış həmyerlimiz Aleksandr Averin və 2008-ci il “Tour de France”in qalibi olmuş ispaniyalı Karlos Sastrenin yarışda fəxri qonaq kimi iştirak edəcəyini diqqətə çatdırıb. O bildirib ki, veteran velosipedçimizin oğlu Maksim artıq “Synergy Baku”nun üzvüdür: “Azərbaycan vətəndaşı olan Maksim Averinin komandamıza böyük faydası dəyəcəyinə inanıram”.

Vitse-prezident mayın 7-11-də baş tutacaq veloyürüşdə komandamızın və velosipedçilərimizin hədəflərini də açıqlayıb. Federasiya rəsmisi bildirib ki, hər bir idmançımızın qarşısına Azərbaycanı layiqincə təmsil etmək tapşırığı qoyulub: “Synergy Baku” son 1 ildə Azərbaycanı uğurla təmsil edib və idmançılarımız 15 dəfə fəxri kürsüyə qalxıb. Bunlar hamısı müsbət nəticələrdir. Hədəfimiz Azərbaycanı layiqincə təmsil etməkdir”.

Ələkbərov komandanın 6 üzvündən 3-ünün azərbaycanlı olacağını diqqətə çatdırıb. Onun sözlərinə görə, federasiya bununla kifayətlənmək fikrində deyil: “Velosipedçilərin daha da inkişaf etməsi üçün çalışırıq. Düşünürəm ki, idmançılarımız həm 2015-ci ildə Bakıda olacaq Avropa Oyunlarında, həm də 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Yay Oyunlarında Azərbaycanı layiqincə təmsil edəcəklər”.

Ələkbərov gələcəkdə veloturun əhatə dairəsinin də artacağını istisna etməyib. Növbəti illərdə Ağsu aşırımıda dağ yürüşünün də mərhələ yarışlarına salına biləcəyini diqqətə çatdırıb.

Turun texniki direktoru Albrext Reder artıq Azərbaycanın bu yarışı təşkil etməsində böyük təcrübə topladığını və bu dəfə də yüksək səviyyədə keçəcəyinə inandığını vurğulayıb. O yarışın statusunun artmasını və “Tour d`Turkey”lə eyni vəhdət təşkil etməsini federasiyanın əməyi kimi qiymətləndirib: “Azərbaycana çox güclü komandalar və velosipedçilər gəliblər. Dünyanın 22 ölkəsindən 25 komandanın heyətində 150 idmançı mübarizə aparacaq. Ən çox velosipedçi Avstraliyadan gəlib. Onlar yarışda 15, İtaliya və Rusiya 12 idmançı ilə təmsil olunacaqlar. Həmçinin 2012-ci və 2013-cü ilin qalibləri də buradadır”.

Albrext Reder iştirakçı ölkələr arasında Cənubi Afrika Respublikasının idmançılarının da şansını yüksək qiymətləndirib. O, həmin komandada “Tour d`France”nin sarı köynəyin sahibi - Linus Gerdemanın da olduğunu deyib.

Almaniyalı mütəxəssisin sözlərinə görə, təşkilatı işlər də əla səviyyədə başa çatdırılıb və böyük ümidlərlə gözəl nəticələr gözləyirlər: “Mərhələlərin keçiriləcəyi yollar tam hazırdır. Birinci və ikinci mərhələ güclü küləşlə müşayiət oluna bilər. Sonuncu mərhələ isə çox maraqlı olacaq. Velosipedçilər İçərişəhərlə belə tanış olacaqlar ki, bu da Azərbaycan üçün turizm baxımından nəzərə alınıb. Bir sözlə, 5 gün olacaq yürüş keyfiyyətlə bitəcək”.

Reder bu dəfə hər mərhələnin yekununda ən yaxşı azərbaycanlı üçün köynək nəzərdə tutulmadığını da deyib. Bu dəfəki yarışda yalnız turun yekununda ən yaxşı həmyerlimiz seçiləcək.

Onun sözlərinə görə, yarışın kateqoriyasının qalxmasında Azərbaycanda yarışların yüksək səviyyədə təşkil olunması böyük rol oynayıb: “6 həftə öncə UCİ mütəxəssisləri Azərbaycana gəldilər və işlərin gedişi ilə tanış olduqdan sonra səviyyənin qalxmasını təsdiq etdilər”.

Ardınca “Synergy Baku” komandasının təqdimat mərasimi olub. Klubumuzun üzvlərindən Elçin Əsədov bildirib ki, hədəfi ən azı bir mərhələnin qalibi olmaqdır: “Belə yüksək səviyyəli yarışın ölkəmizdə olacağı 3-4 il öncə xəyallarıma da gəlməzdi. Məqsədim mərhələlərdən birində fəxri kürsüyə qalxmaqdır və bunun üçün çalışacam”.

Onun komanda yoldaşı Samir Cəbrayılov da gənc velosipedçilər nəslinin yetişdiyini və “Synergy Baku”nun uğurlu çıxışına inam ifadə edib.

Velosipedçimiz Markus Eybeger özünün və komandasının yaxşı formada olmasını söyləyib. Onun sözlərinə görə, “Tour d`Azerbadjan” “Synergy Baku” üçün ən əhəmiyyətli yarışdır: “Ümid edirəm ki, təsnifat mərhələsində də ən yaxşı yerlərdən birini tutacağıq. Komandamız öz azarkeşlərini bu yarışda da sevindirəcək”.

Metyu Bremmier velosiped turunu ilk növbədə taktiki yarış adlandırıb. O öz təcrübəsi hesabına komanda yoldaşlarına kömək edə biləcəyini və komandamızın gənc üzvlərini arxasınca apara biləcəyini vurğulayıb.

Maksim Averin nəticələrini ilbəil yaxşılaşdırdığını və Bakı təmsilçisinin uğurları üçün çalışacağından məmnun qaldığını bildirib. Onun sözlərinə görə, komandamızın uğuru üçün bütün gücünü ortaya qoyacaq.

Aleksandr Surutkoviç isə mübarizənin gərgin keçəcəyi və finiş xəttinə kimi ciddi mübarizənin davam edəcəyi qənaətindədir.

“Turnirin çox yüksək səviyyədə təşkil olunması barədə məlumatlıyam. Lakin ölkənizə bir gün öncə gəldiyimdən hələ Azərbaycanın gözəlliyini tam görə bilməmişəm”. Bu sözləri 2008-ci ildə “Tour d`France”ın qalibi olmuş ispaniyalı Karlos Sastre deyib.

Mayın 7-11-də keçiriləcək “Tour d’Azerbaidjan” veloyürüşünə fəxri qonaq kimi qatılacaq sabiq idmançı turnirlə bağlı fikirlərini açıqlayıb.

O bildirib ki, Azərbaycanda velosiped idmanı sürətlə inkişaf edir ki, bu da yeni nəslin inkişafı üçün uğurlu layihədir: “2 il öncə komandamızın üzvü Azərbaycanda mərhələ qalibi olub. Mənə də gəlib burada iştirak etmək xoşdur. Görürəm ki, Azərbaycanda idmanın bu növü inkişaf edir. Komandanızın təcrübəli, gənc, perspektivli idmançıları, güclü məşqçiləri var. Bu səbəbdən Azərbaycan velosipedinin uğurlu gələcəyinə inanıram”.

Komandamızın baş meneceri David Makkuvayd 18 ay öncə yaradılan “Synergy Baku”nun uğurları barədə danışıb. Nailiyyətlərin hələ qarşıda olduğunu diqqətə çatdıran mütəxəssis daima inkişafda olduqlarını dilə gətirib: “Bir çox məsələləri həll edib, gənc nəslin inkişafına şərait yaratmışıq. Əsas məqsədimiz gənc velosipedçilər yetişdirməkdir. Əgər biz indidən Pro yarışlarına can atsaq, gənclər kənarda qalacaq. Ola bilsin, 2-3, hətta 10 ildən sonra pro yarışlarında tam güclü heyətlə çıxış edək”.

Azərbaycanın sabiq SSRİ dönəmində ən tanınmış velosipedçisi Aleksandr Averin də yarışı yüksək qiymətləndirib və komandamıza inandığını deyib. O oğlunun da yarışda layiqincə iştirakına inanır.

“Synergy Baku”nun idman direktoru Ceremi Hant yaxşı volesipedçilərimizin olduğunu və veloyürüşə yaxşı hazırlaşdıqlarını söyləyib. Onun sözlərinə görə, komandamızdan ümidverici nəticələr gözləyirlər.

Qeyd edək ki, yarışın 1-ci mərhələsi sabah saat 10:30-da Dövlət Meydanı Bayrağından start götürəcək və Sumqayıt şəhərində başa çatacaq.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah