Fotoreportaj|Video|На русском

Velosiped İdmanı

Tour d’Azerbaidjan-2014 başa çatdı

11 may 2014 19:11
Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2014” beynəlxalq velosiped turuna yekun vurulub. Yürüşün sonuncu, 5-ci mərhələsi Bakıda keçirilib.
Velosipedçilər 202 km uzunluğu olan mərhələyə saat 9:00-da Azadlıq meydanından start veriblər. Onlar Bakının mərkəzi küçələri və prospektlərindən keçərək Abşerona, oradan Nardarana yürüş ediblər. Ardınca yenidən başlanğıc nöqtəyə - Hökumət Evinin qarşısına qayıdan idmançılar burada finiş xəttini keçiblər.
Mərhələnin qalibi adına Fransanın “Team La Pomme Marseille 13” komandasının üzvü Jüstin Jül layiq görülüb - 4 saat, 41 dəqiqə, 7 saniyə. Finiş xəttini onun ardınca veloyürüşün 3-cü mərhələsınin qalibi Yusif Reqiqi (“MTN-Qhubeka”, CAR) keçib. İlk “üçlüyü” isə Adrian Honkiş (“CCC Polsat Polkowice”, Polşa) tamamlayıb.
Yarışın yekun sıralanmasına əsasən Rusiyanın “RusVelo” komandasının üzvü İlnur Zakarin 5 günün yekununa əsasən qalibə verilən göy köynəyə sahib çıxıb. “Synergy Baku” komandasının velosipedçisi, Azərbaycanın U-23 milli komandasının üzvü Samir Cəbrayılov isə ən yaxşı Azərbaycanlı velosipedçi kimi təltif edilib.
Göy köynək (ümumi sıralanma) - İlnur Zakarin (“RusVelo”, Rusiya)
Qırmızı köynək (ən yaxşı dağ yürüşçüsü) - Linus Gerdemann (“MTN Qhubeka”, CAR)
Yaşıl köynək (ən yaxşı sprinter) - Vitali Buts (“Kolss”, Ukrayna)
Ağ-bənövşəyi forma (ən yaxşı gənc velosipedçi) - Pobert Pauer (Avstraliya milli komandası)
Göy-qırmızı-yaşıl, alov əksi olan forma (ən yaxşı azərbaycanlı velosipedçi) - Samir Cəbrayılov (“Synergy Baku”, Azərbaycan)
Jüstin Jül: “Bu gün keçirilən mərhələyə Rusiyanın “RusVelo” komandası yaxşı nəzarət etdi. Yoxuş çox çətin idi. Biz 6 dəfə həmin yerdən keçməli olduq. Komandam mənə lazımı köməyi etdi və sonda mərhələni qalib kimi bitirdim. Yarışın təşkilatçılığına gəlincə, hər şey yüksək səviyyədə idi”.
İlnur Zakarin: “Bu gün çox çətin mərhələ idi. Komanda yoldaşlarım mənə dəstək oldular və onların sayəsində qalib adını qazandım. Gələcəkdə daha da inkişaf etmək istəyirəm və bunun üçün çalışacam”.
Linus Gerdemann: “Yarış bizim üçün çox yaxşı alındı. 2 mərhələnin qalibi olduq, bu dəfə isə ikinci gəldik. Son mərhələ çətin idi. Amma biz bu günü də nəticə ilə bitirdik. 3-cü mərhələnin qalibi olan komanda yoldaşım Yusif Reqiqi bu dəfə ikinci yeri tutdu. Ümumi götürdükdə, nəticə “MTN Qhubeka” üçün yaxşıdır”.
Robert Pauer : “Çox yaxşı hisslər keçirirəm. Bu, komandamız üçün yaxşı nəticədir. Ən azından bir köynəyi qazandıq və nəticəmdən çox razıyam”.
Vitali Buts : “Biz yaxşı nəticə göstərdik. Yarışı mənim üçün uğurlu saymaq olar. Çünki yekunda yaşıl köynəyi əldə etdim. Çalışacağam ki, mövsümü də belə uğurla bitirəm”.
Samir Cəbrayılov: “Mənə bu köynəyi qazanmaq xoşdur. Amma gələcəkdə çox çalışaraq göy köynəyi qazanmaq istərdim. Bunun üçün mənə təxminən 2 il vaxt lazımdır”.
Komanda hesabında birinci yeri Ukrayna "Kolss"u tutub. Azərbaycan təmsilçisi “Synergy Baku” isə 25 komanda arasında 10-cu olub. Qeyd edək ki, yarışda 22 ölkədən 8-i Pro-Kontinental olmaqla 25 komandanın tərkibində ümumilikdə 150 velosipedçi 5 gün ərzində 838 km məsafəni qət edib.
(AVİF mətbuat xidməti)

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah