Grand Prix Südkärntendə 3-cü yer
2 iyun 2014 15:00

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun üzvləri Avstriyada Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Grand Prix Südkärnten” veloyürüşündə mübarizə aparıblar. Azerisport.az xəbər verir ki, bir günlük yarışda komanda üzvlərimizdən ən yüksək nəticəyə Markus Eybeger imza atıb.
Velosipedçimiz starta çıxan 174 iştirakçı arasında 3-cü yeri tutub. O, 193.6 km məsafəni qaliblə eyni vaxtda, 4 saat, 28 dəqiqə, 21 saniyəyə bitirib və fotofinişə əsasən, 3-cü nəticə göstərib.
Azərbaycanın U-23 komandasının üzvü Samir Cəbrayılov finişi qalibdən 46 saniyə sonra keçən pelotonun içərisində olub. Qeyd edək ki, yarışda ümumilikdə 17 komanda mübarizə aparıb.
(AVİF mətbuat xidməti)