Tour of İran başa çatdı
23 iyun 2014 12:15
İran İslam Respublikasında təşkil edilən ənənəvi "Tour of İran" veloyürüşü başa çatıb. Azerisport.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı 6 mərhələli yarışında Azərbaycan yığma komandasının 6 üzvü də mübarizə aparıb.
Velosipedçilərimizdən ən yüksək nəticə Elçin Əsədova məxsusdur - "Synergy Baku" kontinental komandasının da şərəfini qoruyan Elçin, 6 mərhələnin yekununa əsasən 100 iştirakçı arasında 24-cü yeri tutub.
Qeyd edək ki, "Tour of İran" veloyürüşündə ümumilikdə 18 yığma və klub komandası iştirak edib.