Elgünlə Kənanın DÇ sınağı
27 sentyabr 2014 11:45
İspaniyanın Ponferrada şəhərində şose velosipedi üzrə dünya çempionatı sona yaxınlaşmaq üzrədi. Azerisport.az xəbər verir ki, bu gün Azərbaycan yığma komandasının son 2 üzvü qrup ötüşməsində mübarizə aparır.
Bunlar gənclər yığmamızın üzvləri, iyulda keçirilmiş Avropa Çempionatında 12-ci yeri tutan Elgün Əlizadə, həmçinin Kənan Qəhrəmanlıdı.
İdmançılarımız 127.4 km məsafəyə qrup ötüşməsində çıxış edirlər. Mübarizə Bakı vaxtı ilə saat 12:00-da start götürür.