Təmsilçilərimiz qəzaya düşdü, DÇ-ni yarıda tərk etdi
28 sentyabr 2014 11:30
İspaniyanın Ponferrada şəhərində keçirilən şose velosipedi üzrə dünya çempionatına sabah yekun vurulub. Azerisport.az xəbər verir ki, bu gün Azərbaycan yığma komandasının son 2 üzvü qrup ötüşməsində mübarizə aparıb.
Bunlar gənclər yığmamızın üzvləri, iyulda keçirilmiş Avropa çempionatında 12-ci yeri tutan Elgün Əlizadə, həmçinin Kənan Qəhrəmanlıdı.
İdmançılarımız 127.4 km məsafəyə qrup ötüşməsində çıxış ediblər. Mübarizəyə Bakı vaxtı ilə saat 12:00-da start verilib. Təəssüf ki, hər iki velosipedçimiz yolboyu baş verən qəzalardan qaça bilməyərək yarışı yarıda başa vurublar.