Azərbaycan çempionatında ilk gün
5 oktyabr 2014 01:00
Quba-Qusar-Xaçmaz rayonları ərazisində çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, 4 gün davam edəcək yarışda Azərbaycan Velosiped İdmanı Federasiyasının nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupuna aid olan 100-ə yaxın idmançısı mübarizə aparır.
Bundan başqa, yarışda Gürcüstan yığma komandasının 8 üzvü də çıxış edir.
Ötən gün iştirakçılar fərdi ötüşmədə mübarizə aparıblar. Növbəti 3 gün ərzində isə qrup ötüşmələri keçiriləcək. Azərbaycan çempionları da məhz 4 yarış gününün yekununa əsasən müəyyənləşəcək.