Red Bull Local Heroya həsr olunmuş film
14 noyabr 2014 11:30

Xəbər verdiyimiz kimi, noyabrın 9-da Azərbaycanda ilk dəfə dağ velosipedinin Downhill (təpədən üzüaşağı eniş) növü üzrə ekstremal idman yarışı keçirilib. Azerisport.az xəbər verir ki, "Red Bull Local Hero" adlanan və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən dəstəklənən yarışda həvəskar velosipedçilərlə yanaşı, peşəkarlar da mübarizə aparıb.
Yarışın fəxri qonağı isə MTB Downhill-in dünyaca tanınmış siması, bu növ üzrə bir çox nüfuzlu turnirlərin qalibi, slovakiyalı Filipp Polk olub. AVİF mətbut xidməti həmin yarışdan hazırlanan filmi təqdim edib.