Fotoreportaj|Video|На русском

Velosiped İdmanı

Synergy Bakunun təqdimat mərasimi keçirilib

25 fevral 2015 11:15

Sloveniyanın paytaxtı Lyublyananın rəmzi sayılan şəhər qalasında Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku Cycling Project"in 2015-ci il heyətinin təqdimat mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və baş katib Fərhad Əliyev, Azərbaycan Respublikasının Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov, Sloveniya Milli Şurasının sədri Mitya Bervar, “Synergy Baku”nun baş sponsoru “Synergy Group” ASC-nin İdarə Heyətinin sədr müavini Fəxriyar Cabbarov, həmçinin Sloveniya Milli Olimpiya Komitəsi və idman nazirliyinin rəsmiləri iştirak ediblər.

Təqdimat mərasimi Bakı-2015 ilk Avropa Oyunlarına həsr olunmuş videorolikin nümayişi ilə başlayıb. Ardınca söz AVİF-in vitse-prezidenti Sahib Ələkbərova verilib. Azərbaycanın dünya idmanında özünəməxsus yer tutduğunu deyən federasiya rəsmisi, ölkəmizin Bakı-2015 ilk Avropa Oyunlarına səylə hazırlaşdığını deyib və Sloveniya idman ictimaiyyətini bu yarışları maraqla seyr etməyə çağırıb. Vitse-prezident təqdimat mərasimi üçün Sloveniyanın seçilməsinin səbəbsiz olmadığını deyib. Belə ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Yay Olimpiya Oyunlarından öncəki il də daxil olmaq şərtilə, velosipedçilər iştirak etdikləri beynəlxalq yarışlarda 4 illiyin zirvə yarışına lisenziya xalları toplayacaqlar. "Synergy Baku"nu isə cari ildə Avropanın müxtəlif ölkələrində təşkil olunacaq xeyli yarış gözləyir və bu səbəbdən də komandamız hazırlıq üçün lazım olan infrastruktur baxımından, həmçinin coğrafi nöqteyi-nəzərdən seçimini Sloveniyanın üzərində saxlayıb.

Sloveniya Milli Şurasının sədri Mitya Bervar ölkələrimiz arasındakı dostluq münasibətlərindən söhbət açaraq bu cür tədbirlərin münasibətləri daha da möhkəmləndirdiyini deyib. O, Azərbaycan xalqının qəhrəman oğlu, Sloveniyanın faşizm zülmündən azad olunmasında həyatını qurban verən Mehdi Hüseynzadənin xatirəsinin ölkəsində hər zaman əziz tutulduğunu xüsusi vurğulayıb.

“Synergy Baku”nun baş sponsoru “Synergy Group” ASC-nin İdarə Heyətinin sədr müavini Fəxriyar Cabbarov təmsil etdiyi qurumun Azərbaycan idmanına verdiyi töhfədən danışaraq komandamızın uğurlu çıxışı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini deyib.

Daha sonra “Synergy Baku”nun üzvləri səhnəyə dəvət olunublar. Geyimlərinin üzərində Bakı-2015 ilk Avropa Oyunlarının logosu olan velosipedçilər “Synergy Baku”nun uğurlu çıxışı üçün onlara yaradılan yüksək şəraitə görə federasiya və klub rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, komanda üzvlərinin bu ilin yayında keçiriləcək ilk Avropa Oyunlarında uğurlu çıxışı və Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanması klubun əsas hədəflərindən biridir.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah