Synergy Baku Xocalı soyqırımını andı
25 fevral 2015 15:00

Heyətində Azərbaycan yığmasının 8 velosipedçisinin yer aldığı "Synergy Baku Cycling Project" komandasının üzvləri "Xocalıya Ədalət" kampaniyasına qoşulub. Azerisport.az xəbər verir ki, "Xocalıya ədalət" beynəlxalq kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanıb.