Ulu Öndərin xatirəsinə velosiped yürüşü
28 aprel 2015 19:00
Mayın 3-də Bakıda Azərbaycan Velosiped İdmanı Federasiyası, Ədliyyə Nazirliyi və "İrəli" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş həvəskarlar arasında velosiped yürüşü təşkil olunacaq. Azerisport.az xəbər verir ki, saat 10:00-da başlanacaq tədbir Dövlət Bayrağı Meydanından start götürməklə Heydər Əliyev Mərkəzinin qarşısında başa çatacaq.
Yürüşdə iştirak etmək istəyən həvəskarların velosiped və baş geyiminin olması mütləqdir. Arzu edənlərin mayın 3-də, saat 09:30-da Dövlət Bayrağı Meydanına gəlmələri xahiş olunur.