Fotoreportaj|Video|На русском

Velosiped İdmanı

Tour d’Azerbaïdjan-2015-də uğurlu çıxışlarımız davam edir

8 may 2015 16:00

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2015" beynəlxalq veloyürüşündə 3-cü mərhələyə yekun vurulub. Azerisport.az xəbər verir ki, iştirakçılar Qəbələ rayon İcra Hakimiyyətinin qarşısından start götürərək Oğuz - Şəki - Oğuz - Qəbələ marşrutu üzrə hərəkət ediblər. Ümumi uzunluğu 177 km olan mərhələ Azərbaycanın "Synergy Baku" komandası üçün daha 2 fəxri kürsü ilə yadda qalıb.

Belə ki, komandamızın üzvü Aleksandr Surutkoviç dağ mərhələlərində daha uğurlu nəticə göstərərək ən yaxşı dağ velosipedçisinə verilən qırmızı rəngli "AZAL" köynəyinə layiq görülüb. 4-cü mərhələyə bu köynəklə başlayacaq velosipedçimiz liderliyi qorumaq üçün çalışacağını deyib: "Dünənki mərhələdə 2 dağ sprintini qazansam da, bu liderliyə yüksəlmək üçün kifayət etmədi. Bugünkü taktikamız belə idi ki, mən mümkün qədər irəli atılım və dağ mərhələsinin qalibi olum. Sevinirəm ki, planımız baş tutdu. Əlimdən gələni edəcəyəm ki, qarşıdakı 2 mərhələdə üstünlüyümü saxlayım".

3-cü mərhələnin qalibinə gəlincə, İrlandiyanın "An Post-Chain Reaction" komandasının üzvü Coşua Edmonson 177 km məsafəni 4 saat, 7 dəqiqə, 28 saniyəyə başa vurub və finiş xəttini 1-ci keçib. O, qələbəsinin sirrini belə izah edib: “Öndəki qrup çox qabaqda idi. “Adria-Mobil” liderliyi ələ almağa çalışırdı. Sonra gördüm ki, liderlər qrupu yorulub. Finişə 4 km qalmış irəli atıldım. Bu zaman da taktikam özünü doğrultdu. Bir az hərarətim var idi. Həkimlərə yaxın getməyim də bu səbəbdən idi. Onlardan dərman istədim. Bu gün hardasa bəxtim də gətirdi. Çünki hücumumu heç kim gözləmirdi. Bu səbəbdən də mərhələni uğurla bitirdim”.

Coşua Edmonsondan cəmi 1 saniyə geri qalan Sloveniyanın "Adria Mobil" komandasının üzvü, 1-ci mərhələnin qalibi Marko Kump və "Synergy Baku"nun velosipedçisi, 2-ci mərhələdə 2-ci olmuş Matey Müqerli müvafiq olaraq 2-3-cü yerləri bölüşüblər. Yeri gəlmişkən, Marko Kump sprinterlərin mübarizəsində önə keçməklə yaşıl rəngli "SOCAR" köynəyini ələ keçirib. Onu cüzi fərqlə "Synergy Baku"nun 2 üzvü - Maksim Averin və Matej Müqerli izləyir.

3 mərhələdən sonra Sloveniyanın "Adria Mobil" komandasının üzvü, 2-ci mərhələnin qalibi Primoş Roqliç ümumi təsnifatda liderliyi və mavi rəngli "Synergy" köynəyini özündə saxlayır. Hazırda ilk 10-luqda "Synergy Baku" komandasının 2 üzvü var - Matey Müqerli 3-cü, Maksim Averin isə 6-cıdır.

Yaşı 23-ə qədər olan velosipedçilərin mübarizəsinə gəlincə, Çexiyanın "Dukla Praqa" komandasının üzvü Frantişek Sisr bənövşəyi rəngli "Ataholding" köynəyini özündə saxlayıb. 3 mərhələdən sonra komanda hesabında "Synergy Baku" 2-ci yerdəki mövqeyini qoruyur. Təmsilçimiz ilk pillədə qərarlaşan "Adria Mobil"a cəmi 42 saniyə uduzur.

Sabah keçiriləcək 4-cü mərhələdə iştirakçılar səhər saat 09:15-də Qəbələdən start götürməklə Bakı-2015 ilk Avropa Oyunlarının avarçəkmə üzrə yarışlarını qəbul edəcək Mingəçevir şəhərinədək olan 205 km məsafəni qət edəcəklər. Finiş xətti "Kür" avarçəkmə bazasının qarşısında olacaq bu mərhələnin saat 13:45-də başa çatması planlaşdırılır. Yeri gəlmişkən, televiziya tamaşaçıları sabah Bakı vaxtı ilə saat 12:30-dan etibarən 4-cü mərhələni "Eurosport-2" və "İdman Azərbaycan" kanalları vasitəsilə canlı izləyə bilərlər.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah