Fotoreportaj|Video|На русском

Velosiped İdmanı

Bakıda Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin iclası keçirilib

22 iyun 2015 16:50

Respublika Velotrekində Avropa Velosipedçilər Birliyinin (AVB) Rəhbər Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda aşağıdakı məsələlər müzakirə edilib:

Direktorlar Şurasının son iclasının protokolunun təsdiq edilməsi; AVB-nin 2015-ci il üçün Həmrəylik Proqramı; maliyyə və büdcə məsələləri; 2014-cü ilin yekunlarına əsasən AVB auditorlarının tövsiyələri; növbəti Avropa Çempionatına hazırlıq; peşəkar velosiped idmanında və velotrek yürüşlərində islahatlar və s.

Avropa Velosipedçilər Birliyinin prezidenti David Lappertyen iclasın açılışındakı çıxışında qeyd edib ki, Avropanın bütün idman aləmi üçün əlamətdar bir vaxtda Komitənin iclasının Bakıda keçirilməsi böyük əhəmiyyət kəsb edir. Komitə üzvləri Bakıda birinci Avropa Oyunlarının əla səviyyədə təşkil edilməsinin və keçirilməsinin şahidi olublar. Velosiped idmanının üç növü üzrə yarışlar yüksək səviyyədə keçirilir. Sitat: "Biz Avropa Olimpiya Komitəsinə tövsiyə edəcəyik ki, gələcəkdə trek üzrə yarışlar qitə Oyunlarının proqramına daxil edilsin".

D.Lappartyen Azərbaycan rəhbərliyi və ölkəmizin Velosiped İdmanı Federasiyası tərəfindən idmanın bu növünün inkişafına göstərilən daimi qayğıya görə təşəkkürünü bildirib. O həmçinin qeyd edib ki, Azərbaycanın idman arenaları və velosiped idmanı bazaları Avropada ən yaxşılar sırasındadır.

Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov qonaqları salamlayaraq qeyd edib ki, Azərbaycanın idman arenaları həqiqətən əla səviyyədədir və bu, istər idmanın inkişafı baxımından, istərsə də ölkəmizin potensialını Avropaya və bütün dünyaya nümayiş etdirmək üçün çox vacibdir. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin idmanın, o cümlədən velosiped idmanının inkişafına qayğısı sayəsində mümkün olub.

Azərbaycanda idmanın gimnastika, güləş, boks, cüdo, taekvondo və bir sıra başqa növləri üzrə zəngin ənənələr yaranmasını vurğulayan S.Ələkbərov əmin olduğunu bildirib ki, Bakı-2015 yarışlarında təmsil edilmiş bir sıra başqa idman növləri də Avropa Oyunlarından sonra fəal inkişaf edəcək.

Bakı 2015 ilk Avropa Oyunlarının Əməliyyat Komitəsinin idman bölməsinin direktoru Pirs O’Kalaxan deyib: “Avropa Oyunlarının keçirilməsi haqda söhbətlər son 40 ildə davam edirdi. 2012-ci ildə 12 beynəlxalq idman federasiyasının rəhbərləri ilə razılıq əldə ediləndən sonra Avropa Oyunlarının keçirilməsi qərar alınıb. Avropa Olimpiya Komitəsinin Romada keçirilmiş Baş Assambleyasında isə bu təşkilatın üzvlərinin əksəriyyəti Bakının namizədliyinə səs verib. Biz Azərbaycan hökuməti ilə çox sıx əlaqə saxlayırdıq, çünki vaxt həqiqətən çox az idi. Azərbaycan bu oyunları yüksək səviyyədə keçirməyə nail oldu. Artıq bu gün demək olar ki, Avropa Oyunları bütün dünyada populyarlıq qazanıb. Yarışlar 140-dan çox ölkəyə transliyasiya edilir.

İdman obyektlərinin demək olar ki, hamısı azarkeşlərlə doludur. İyunun 21-də təkcə bir arenada 22 mindən çox adam var idi”.

Pirs O’Kalaxan velosiped idmanı üzrə yarışların hazırlanmasında və keçirilməsində Azərbaycan Velosiped İdmanı Federasiyasının rolunu xüsusi vurğulayıb. "Tour d’Azerbaïdjan-2015" veloyürüşünün uğurla başa çatması Bakının şosse yollarında yürüşün də uğurla keçməsinin rəhni olub. Avropa Oyunları paytaxtının yollarında veloyürüşün yüksək səviyyəsinə dəlalət edən bir fakt da ondan ibarətdir ki, həmin yarışlarda Olimpiya çempionu və Avropanın bir sıra ən yaxşı velosipedçiləri iştirak edirdi. Onun sözlərinə görə, milli nümayəndə heyətlərinin iştirakçıları Avropa Oyunlarının ən yüksək səviyyədə keçdiyini qeyd edirlər.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah