Bakıda SOCAR Yay Məktəbi-2015 yarışı keçirilib
10 avqust 2015 15:45

SOCAR-ın 2010-cu ildən həyata keçirdiyi və gənclər arasında xüsusi maraq doğuran “SOCAR Yay Məktəbi-2015”in növbəti günü çərçivəsində iştirakçılar Veloparkda velosiped yarışında güclərini sınayıblar. Azerisport.az xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) dəstəyi ilə təşkil edilən yarışda 7 komanda iştirak edib.
Reqlamentə görə, tərkibində 2 iştirakçı olan komandalar uzunluğu 1 km olan marşrut boyunca estafet yarışında mübarizə aparıblar. İlk üçlükdə qərarlaşan iştirakçılar SOCAR və AzVİF tərəfindən xatirə hədiyyələri ilə təltif ediliblər.