Fotoreportaj|Video|На русском

Velosiped İdmanı

Beynəlxalq Velosipedçilər İttifaqının Konqresi keçirilib

30 sentyabr 2015 11:15

Amerika Birləşmiş Ştatlarının Riçmond şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) illik konqresi keçirilib. Azerisport.az xəbər verir ki, konqresdən bir gün əvvəl isə Avropa Velosipedçilər İttifaqının (UEC) Rəhbər Komitəsinin iclası olub.

Rəhbər Komitənin iclasında çıxış edən Avropa Velosipedçilər İttifaqının Prezidenti David Lappartien sonuncu dəfə Komitənin Avropa Oyunları zamanı Bakıda toplaşdığını xatırladıb və məruzəsində Bakı-2015 ilk Avropa Oyunlarının çox yüksək səviyyədə keçirildiyini diqqətə çatdıraraq, Avropa Velosipedçilər İttifaqı adından Avropa Oyunları çərçivəsində keçirilmiş velosiped yarışlarının təşkilində yüksək fəallıq nümayiş etdirmiş Azərbaycan Velosiped idmanı Federasiyasına dərin təşəkkürünü bildirib.

Daha sonra Beynəlxalq Velosipedçilər İttifaqının illik Konqresində Avropa qitəsi adından səsvermə hüququna malik nümayəndələr seçilib. Qeyd edək ki, 50 milli federasiyanı özündə birləşdirən Avropa Velosipedçilər İttifaqı Beynəlxalq Velosipedçilər İttifaqının Konqresində səsvermə hüququna malik 14 nəfərlə təmsil olunur. Bu il seçilmiş 14 nümayəndədən biri də Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov olub.

Konqresdə Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Brayn Kukson geniş məruzə ilə çıxış edib. O Konqresin müzakirəsinə 16 məsələnin çıxarıldığını bildirərək, ötən dövr ərzində görülmüş işlər və UCİ qarşısında duran məsələlər barədə Konqres iştirakçılarına ətraflı məlumat verib. Konqresdə UCİ-in Rəhbər Komitəsinin hesabatı, 2014-cü ilin büdcəsinin icra vəziyyəti, müstəqil auditorların hesabatı dinlənilib və 2016-cı il üçün büdcə təsdiq edilib. Daha sonra UCİ-in Rəhbər Komitəsinin yeni üzvü seçilib və bir sıra ölkələrin Beynəlxalq Velosipedçilər İttifaqının üzvlüyünə daxil olmaq barədə ərizələrinə baxılaraq, onların üzvlüyü təsdiq edilib.

Konqres zamanı Rio-2016 Yay Olimpiya Oyunlarının təşkili ilə bağlı R’OCOG (2016 Organising Comittee for the Olimpic and Paralympic Games) RİO-2016 Olimpiya və Paraolimpiya Oyunlarınınn Təşkilat Komitəsinin İcraçı Direktoru Alberto Guimaraes geniş təqdimatla çıxış edib və Oyunlara hazırlığın gedişi barədə Konqres iştirakşılarına məlumat verib.

Tədbir zamanı  2016-cı ilin oktyabr ayında Qətərdə keçiriləcək şosse velosipedi üzrə dünya çempionatı ilə bağlı məsləhətləşmələr də aparılıb və Doha-2016 Dünya Çempionatının Təşkilat Komitəsinin sədri şeyx Xalid bin Əli Əl Thaninin və Qətərin digər məsul nümayəndələrinin Dünya Çempionatına hazırlıqla bağlı təqdimatlarına baxılıb.

Xatırladırıq ki, Konqres ərəfəsində ABŞ-ın Riçmond şəhərində keçirilən şosse velosipedi üzrə 2015-ci il Dünya çempionatında Azərbaycanı yeniyetmələr və 23 yaşadək idmançılarımızdan Musa Mikayılzadə, Kənan Qəhrəmanlı, Tərlan Məmmədov və Samir Cəbrayılov təmsil edib. Qadınlar arasında komanda ötüşmələrində isə Sloveniyanın “Lyublyana” komandasının tərkibində çıxış edən Azərbaycan velosipedçisi Yelena Pavluxina kifayət qədər yüksək nəticə göstərərək 8-ci yerə çıxıb.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah