Lokomotiv Dinamonu darmadağın edib, vahid lider oldu (YENİLƏNİB)
31 oktyabr 2012 19:50

Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət “Lokomotiv” klubu Çempionlar Liqasının 2012/2013-cü il mövsümündə ikinci oyununa çıxıb. Azerisport.az xəbər verir ki, bu turnirin debütantı olan komandamız qrup mərhələsi çərçivəsində növbəti matçını doğma meydanda Rusiya klubuna qarşı keçirib.
Təmsilçimizin bu dəfəki rəqibi Moskva “Dinamo”su idi. Komandamız doğma meydan amilindən yararlanıb, növbəti matçında da qələbə qazanmaq iddiasındaydı. Bu şansdan maksimum yararlanan təmsilçimiz rəqibini darmadağınla yola salıb.
Xatırladaq ki, “Lokomotiv” ilk oyununu səfərdə “Crvena Zvezda”ya (Serbiya) qarşı keçirmiş və qələbə qazanmışdı – 3:2. “Dinamo” isə evdə eyni hesabla Polşa "Fakro"sunu məğlub etmişdi.
"Lokomotiv"in qrupunda bu gün həmçinin “Fakro” “Crvena Zvezda”nı qəbul edəcək.
Çempionlar Liqası
F qrupu
31 oktyabr
LOKOMOTİV – DİNAMO - 3:0 (25:20, 25:18, 25:13)
Bakı. Azərbaycan Voleybol Mərkəzi.
Qrupdakı durum: Lokomotiv - 6, Dinamo – 2, Fakro, Crvena Zvezda – 1.