Azərreyl Türkiyə klubuna məğlub oldu (YENİLƏNİB)
31 oktyabr 2012 20:25

Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çempionlar Liqasının 2012/2013-cü il mövsümündə ikinci oyununa çıxıb. Azerisport.az xəbər verir ki, komandamız qrup mərhələsi çərçivəsindəki növbəti matçını səfərdə Türkiyə klubuna qarşı keçirib.
Təmsilçimizin bu dəfəki rəqibi “Eczaçıbaşı” idi. Komandamız bu rəqibi ilə səfərdə üz-üzə gəldiyindən, görüşün çətin keçəcəyi şübhəsiz idi. Gözlənildiyi ki, görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, “Azərreyl” ilk oyununu evdə “Dresdner”ə (Almaniya) qarşı keçirmiş və qələbə qazanmışdı – 3:1. “Eczaçıbaşı” isə səfərdə eyni hesabla Polşa "Tauron"unu məğlub etmişdi.
"Azərreyl"in qrupunda bu gün həmçinin “Dresdner” “Tauron”u qəbul edəcək.
Çempionlar Liqası
D qrupu
31 oktyabr
ECZAÇIBAŞI – AZƏRREYL - 3:0 (25:22, 25:23, 25:12)
Qrupdakı durum: Azərreyl - 6, Eczaçıbaşı - 3, Tauron, Dresdner - 0.