Bakı klubu baş məşqçisini dəyişdi
1 noyabr 2012 00:34

Azərbaycan voleybol klublarında yeni mövsümün ilk baş məşqçi dəyişikliyi baş verib. Azerisport.az xəbər verir ki, ilk belə radikal dəyişikliyə “Lokomotiv” əl atıb.
Belə ki, Super Liqada hələ cəmi bir tur oynanılsa da, “dəmiryolçular” Petr Xilko ilə yollarını ayırmağa qərar veriblər. Belaruslu mütəxəssisin istefaya göndərilməsinin konkret səbəbləri açıqlanmır.
Amma onun postuna kimin gətirildiyi artıq bəllidi. Belə ki, Xilkonu italiyalı mütəxəssis Cüzeppe Kuççarini əvəzləyib.
Maraq üçün bildirək ki, “Lokomotiv”i Çempionlar Liqası çərçivəsində ötən gün keçirilən Moskva “Dinamo”su ilə oyuna məhz Kuççarini çıxarıb. Onun debütü uğurlu alınıb və komandamız doğma meydanda 3:0 hesablı qələbəyə sevinib.