Təmsilçimiz 1/8 finalda Almaniya klubuna rəqib oldu
1 noyabr 2012 12:02

Azərbaycanın qadın voleybolçulardan ibarət “Bakı-Azəryol” klubunun CEV (Avropa Voleybol Konfederasiyası) kubokundakı növbəti rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandamız 1/8 final mərhələsi çərçivəsində Almaniya klubu ilə qarşılaşacaq.
Paytaxt klubunun rəqibi isə “Rote Raben” olacaq. “Bakı-Azəryol”un bu rəqiblə görüşləri noyabrın 13-20-də keçiriləcək.
Qeyd edək ki, “Bakı-Azəryol” 1/16 final mərhələsində Sloveniya “Nova Branik”indən üstün olub. İlk oyunda 3:0 qalib gələn təmsilçimiz səfərdə 1:3 uduzsa da, qızıl setdə sloveniyalıları məğlub edə bilmişdi. “Rote Raben” isə Albaniya “Minatori”sinə hər iki oyunda 3:0 hesabıyla qalib gəlib.