Rabitə Bakıda İtaliya klubuna qalib gəldi (YENİLƏNİB)
1 noyabr 2012 20:30

Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət “Rabitə” klubu Çempionlar Liqasının 2012/2013-cü il mövsümündə ikinci oyununa çıxıb. Azerisport.az xəbər verir ki, komandamız qrup mərhələsi çərçivəsində növbəti matçını doğma meydanda İtaliya klubuna qarşı keçirib.
Təmsilçimizin bu dəfəki rəqibi “Villa Cortese” idi. Komandamız doğma meydan amilindən yararlanıb, növbəti matçında da qələbə qazanmaq iddiasındaydı. "Azərreyl" bu şansdan maksimum yararlanıb.
Xatırladaq ki, “Rabitə” ilk oyununu səfərdə “Agel”ə (Çexiya) qarşı keçirmiş və qələbə qazanmışdı – 3:0. “Villa Cortese” isə evdə 3:1 hesabı ilə Polşa "Atom"unu məğlub etmişdi.
"Rabitə"nin qrupunda daha bir oyun baş tutub. “Atom” “Agel”i darmadağın edib – 3:0.
Çempionlar Liqası
B qrupu
1 noyabr
RABİTƏ – VILLA CORTESE - 3:1 (25:15, 22:25, 25:21, 25:22)
Bakı. Azərbaycan Voleybol Mərkəzi.
Qrupdakı son durum: Rabitə - 6, Atom - 4, Villa Cortese- 3, Agel – 0.