İqtisadçının Rusiya klubu ilə oyunlarının vaxtı müəyyənləşdi
2 noyabr 2012 12:15

Azərbaycanın qadın voleybolçulardan ibarət “İqtisadçı” klubunun CEV (Avropa Voleybol Konfederasiyası) kubokunun 1/8 final mərhələsi çərçivəsində qarşılaşacağı rəqib artıq məlumdu. Azerisport.az xəbər verir ki, komandamız növbəti mərhələdə Rusiya klubu ilə qarşılaşacaq.
Bu, qonşu ölkənin “Omiçka” klubudu. Hansı ki, sözügedən komandada Azərbaycan millisinin şərəfini qoruyan Natalya Məmmədova da çıxış edir.
Artıq bu komandalar arasındakı oyunların vaxtı da bəllidi. Belə ki, ilk qarşılaşma 13-15 noyabr aralığında baş tutacaq. Cavab görüşü isə noyabrın 20-22-də keçiriləcək.
Maraq üçün bildirək ki, “İqtisadçı” 1/16 final mərhələsində Hollandiya “Sliedrecht”ini hər iki oyunda darmadağın edib. “Omiçka” isə Bosniyanın “Yedinstvo” klubunu üstələyib.