Rabitə Lokomotivə qalib gəldi, İqtisadçı lider oldu
4 noyabr 2012 00:54

Voleybol üzrə Azərbaycan Super Liqasında 2-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bur turda da 3 görüş baş tutub.
Azərbaycan Voleybol Mərkəzinin meydançasına öncə “İqtisadçı” ilə “Lokomotiv-Biləcəri” çıxıb. “İqtisadçılar” darmadağınla qalib gəliblər.
“Telekom” “Bakı-Azəryol”la münasibətlərinə aydınlıq gətirib. İkincilər darmadağına seviniblər.
Nəhayət, turun mərkəzi görüşündə “Rabitə” “Lokomotiv”lə qarşılaşıb. “Rabitəçilər” çətinliklə də olsa, bu görüşdən qalib ayrılmağı bacarıblar.
Azərbaycan Super Liqası
2-ci tur
3 noyabr
İqtisadçı – Lokomotiv-Biləcəri - 3:0 (25:13, 25:11, 25:16)
Telekom – Bakı-Azəryol - 0:3 (22:25, 10:25, 14:25)
Rabitə - Lokomotiv - 3:1 (25:19, 15:25, 25:21, 25:21)
Turnir cədvəlindəki son durum: İqtisadçı - 6 xal (2 oyun, set fərqi 6-1), Bakı-Azəryol - 6 (2, 6-1), Rabitə - 3 (1, 3-0), Lokomotiv - 3 (2, 4-3), Azərreyl - 0 (1, 1-3), Lokomotiv-Biləcəri - 0 (2, 1-6), Telekom - 0 (2, 0-6).