Azərbaycan klubunda yunan baş məşqçi
6 noyabr 2012 15:20

Azərbaycanın voleybolçu qadınlardan ibarət “Lokomotiv-Biləcəri” klubunun yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandanı bundan sonra yunanıstanlı mütəxəssis çalışdıracaq.
Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, “Lokomotiv-Biləcəri”yə bundan sonra Ciannis Nikolakis rəhbərlik edəcək.
Nikolakis artıq komandanın bu mövsümdə iddialı olacağını da bəyan edib.