İqtisadçının Omiça ilə ilk matçının vaxtı müəyyənləşdi
7 noyabr 2012 15:28

Bakının qadınlardan ibarət “İqtisadçı” voleybol komandasının Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının 1/8 final mərhələsində “Omiçka” ilə ilk oyununun vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, Bakı təmsilçisi Rusiya komandasını noyabrın 13-də qəbul edəcək.
Azərbaycan Voleybol Mərkəzində keçiriləcək oyun saat 20:00-da başlayacaq.
Qeyd edək ki, “Omiçka” – “İqtisadçı” görüşü noyabrın 21-də olacaq. Lakin hələ qarşılaşmanın başlama saatı məlum deyil.