Rabitə İqtisadçının qələbə seriyasına son qoydu
10 noyabr 2012 23:30

Bu gün voleybol üzrə Azərbaycan Super Liqasında 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu turda da 3 görüş baş tutub.
Azərbaycan Voleybol Mərkəzinin meydançasına öncə “Telekom” və “Azərreyl” çıxıb. Qarşılaşma gözlənildiyi kimi, ikincilərin inamlı qələbəsi ilə başa çatıb.
Turun mərkəzi oyununda son çempion “Rabitə” mövsümə yaxşı başlayan “İqtisadçı” ilə münasibətlərinə aydınlıq gətirib. “Rabitəçilər” “iqtisadçılar”ın qələbə seriyasına son qoymağı bacarıblar. Amma “İqtisadçı” hələ də zirvədəki mövqeyini qorumaqdadı.
Nəhayət, turun qapanış matçında “Lokomotiv” “Bakı-Azəryol”la qarşılaşıb. “Dəmiryolçular” bu görüşdən qalib ayrılmağı bacarıblar.
Azərbaycan Super Liqası
4-cü tur
10 noyabr
Telekom – Azərreyl - 0:3 (17:25, 19:25, 12:25)
Rabitə – İqtisadçı - 3:1 (25:15, 24:26, 26:24, 26:24)
Lokomotiv – Bakı-Azəryol - 3:1 (25:14, 26:28, 25:15, 25:19)
Turnir cədvəlindəki son durum:
İqtisadçı - 9 xal (4 oyun, set fərqi 10-4), Rabitə - 9 (3, 9-2), Bakı-Azəryol - 6 (4, 8-7), Azərreyl - 6 (3, 7-3), Lokomotiv - 6 (3, 7-4), Lokomotiv-Biləcəri - 0 (3, 1-9), Telekom - 0 (4, 0-12).