Rabitə Atomu darmadağın etdi (YENİLƏNİB)
13 noyabr 2012 22:32

Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət “Rabitə” klubu Çempionlar Liqasının 2012/2013-cü il mövsümündə üçüncü oyununa çıxıb. Azerisport.az xəbər verir ki, komandamız qrup mərhələsi çərçivəsində növbəti matçını rəqib meydanında Polşa klubuna qarşı keçirib.
Təmsilçimizin bu dəfəki rəqibi “Atom” idi. Komandamız çətin səfərdən zəfərlə qayıtmağı hədəfləmişdi. Azərbaycan klubu görüşün favoriti olsa da, polşalılar “Rabitə”yə qrupdakı əsas rəqib hesab olunurdular. Buna baxmayaraq, komandamız möhtəşəm oyun sərgiləyərək, rəqibini səfərdə darmadağınla yenib.
Xatırladaq ki, “Rabitə” ilk oyununu səfərdə “Agel”ə (Çexiya) qarşı keçirmiş və qələbə qazanmışdı – 3:0. İtaliyanın “Villa Cortese” klubu ilə Bakıdakı görüşdə də 3:1 hesablı qələbə əldə olunmuşdu. "Atom" isə “Villa Cortese”yə 1:3 uduzub, “Agel”ə 3:0 hesabıyla qalib gəlmişdi.
"Rabitə"nin qrupunda sabah daha bir oyun keçiriləcək. “Villa Cortese” “Agel” qəbul edəcək.
Çempionlar Liqası
B qrupu
13 noyabr
ATOM – RABİTƏ - 0:3 (19:25, 22:25, 25:27)
Qrupdakı son durum: Rabitə - 9, Atom - 3, Villa Cortese- 3, Agel – 0.