Bakı-Azəryol Almaniyadan məğlub qayıdır (YENİLƏNİB)
15 noyabr 2012 00:48

Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət “Bakı-Azəryol” klubu CEV (Avropa Voleybol Konfederasiyası) kuboku yarışlarının 2012/2013-cü il mövsümündə növbəti oyununa çıxıb. Azerisport.az xəbər verir ki, komandamız 1/8 final mərhələsi çərçivəsində səfərdə Almaniya klubu ilə qarşılaşıb.
Təmsilçimizin bu mərhələdəki rəqibi “Rote Raben”di. Komandamız mərhələ adlamaq şanslarını artırmaq üçün səfərdən sərfəli nəticə ilə dönməyə borcluydu. Lakin təəssüfki, "Bakı-Azəryol" səfərdən məğlubiyyətlə qayıdır.
Xatırladaq ki, "Bakı-Azəryol" 1/16 finalda Sloveniya klubu “Nova Branik”i çətinliklə də olsa, mübarizədən kənarlaşdırmışdı. “Rote Raben” isə Albaniya “Minatori”sindən güclü olub.
CEV kuboku
1/8 final (ilk oyun)
14 noyabr
ROTE RABEN – BAKI-AZƏRYOL - 3:1 (25:15, 22:25, 25:23, 25:15)