Azərbaycan klubu Fakronu da məğlub etdi (YENİLƏNİB)
16 noyabr 2012 00:05

Azərbaycanın qadın voleybolçulardan ibarət “Lokomotiv” klubu Çempionlar Liqasının 2012/2013-cü il mövsümündə üçüncü oyununa çıxıb. Azerisport.az xəbər verir ki, bu turnirin debütantı olan komandamız qrup mərhələsi çərçivəsində növbəti matçını səfərdə Polşa klubuna qarşı keçirib.
Təmsilçimizin bu dəfəki rəqibi “Fakro” idi. Komandamız səfərdə oynasa da, növbəti matçında da qələbə qazanmaq iddiasındaydı. Gözlənildiyi kimi, "dəmiryolçular" istədiyi nəticəni qazanmağı bacarıblar.
Xatırladaq ki, “Lokomotiv” ilk oyununu səfərdə “Crvena Zvezda”ya (Serbiya) qarşı keçirmiş və qələbə qazanmışdı – 3:2. Moskva “Dinamo”su (Rusiya) ilə ev oyununda isə 3:0 hesablı qələbə qeydə alınmışdı. "Fakro"ya gəlincə, bu komanda “Dinamo”ya səfərdə 2:3 uduzub, “Crvena Zvezda”nı 3:0 hesabıyla məğlub yola salmışdı.
"Lokomotiv"in qrupunda bu gün həmçinin “Dinamo” “Crvena Zvezda”nı qəbul edəcək.
Çempionlar Liqası
F qrupu
15 noyabr
FAKRO – LOKOMOTİV - 1:3 (20:25, 25:11, 17:25, 15:25)
Qrupdakı son durum: Lokomotiv - 8, Fakro - 4, Dinamo – 2, Crvena Zvezda – 1.