Azərreyl Polşadan məğlub qayıdır (YENİLƏNİB)
21 noyabr 2012 00:04

Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çempionlar Liqasının 2012/2013-cü il mövsümündə dördüncü oyununa çıxıb. Azerisport.az xəbər verir ki, komandamız qrup mərhələsi çərçivəsindəki növbəti matçını səfərdə Polşa klubuna qarşı keçirib.
Təmsilçimizin bu dəfəki rəqibi “Tauron” idi. Komandamız bu rəqibini bir həftə öncə doğma divarlar arasında 3:1 hesabıyla məğlub etmişdi. İndi “Azərreyl” qrupdakı vəziyyətini daha da yaxşılaşdırmaq üçün eyni uğuru səfərdə də təkarlamalıydı. Lakin təəssüf ki, komandamızın bütün səylərinə rəğmən, sonda qələbəni meydan sahibləri bayram ediblər.
Xatırladaq ki, “Azərreyl” ilk oyununu evdə “Dresdner”ə (Almaniya) qarşı keçirmiş və qələbə qazanmışdı – 3:1. “Eczaçıbaşı” (Türkiyə) ilə səfərdəki qarşılaşma isə 0:3 hesablı yenilgi ilə bitmişdi. “Tauron”a gəlincə, bu komanda “Eczaçıbaşı”ya 1:3, “Dresdner”ə 2:3, “Azərreyl”ə də 1:3 hesabıyla uduzmuşdu.
Çempionlar Liqası
D qrupu
20 noyabr
TAURON – AZƏRREYL - 3:2 (18:25, 20:25, 25:10, 25:23, 15:13)
Qrupdakı son durum: Eczaçıbaşı - 9, Azərreyl - 7, Dresdner, Tauron - 2.
Qrupdakı son durum: Eczaçıbaşı - 9, Azərreyl - 7, Dresdner, Tauron - 2.