Avropa çempionatına ev sahibliyi edəcək ölkələr müəyyənləşdi
20 noyabr 2012 15:23

Lüksemburqda Avropa Voleybol Konfederasiyasının (CEV) 33-cü konqresi keçirilib. Azerisport.az xəbər verir ki, 48 ölkə federasiyasının qatıldığı konqresdə ölkəmizi Azərbaycan Voleybol Federasiyasının baş katibi Elşən İsmayılov və Mixail Frişman təmsil ediblər.
Konqresdə 2015-ci il Avropa çempionatına ev sahibliyi edəcək ölkələrin adları açıqlanıb. Qitə birinciliyi kişilər arasında İtaliya və Bolqarıstanda, qadınların yarışı isə Hollandiya və Belçikada təşkil olunacaq.