Lokomotiv Fakronu evdə də məğlub etdi (YENİLƏNİB)
21 noyabr 2012 20:21

Azərbaycanın qadın voleybolçulardan ibarət “Lokomotiv” klubu bu gün Çempionlar Liqasının 2012/2013-cü il mövsümündə dördüncü oyununa çıxıb. Azerisport.az xəbər verir ki, bu turnirin debütantı olan komandamız qrup mərhələsi çərçivəsində növbəti matçını evdə Polşa klubuna qarşı keçirib.
Təmsilçimizin bu dəfəki rəqibi yenə “Fakro” idi. Komandamız səfərdə keçirilən ilk oyunda bu rəqibini 3:1 hesabıyla məğlub etmişdi. İndi "dəmiryolçular" eyni uğuru doğma azarkeşlərinin gözü qarşısında da təkrarlamalıydı. "Lokomotiv" çox çətinliklə də olsa, bu istəyinə nail ola bilib.
Xatırladaq ki, “Lokomotiv” ilk oyununu səfərdə “Crvena Zvezda”ya (Serbiya) qarşı keçirmiş və qələbə qazanmışdı – 3:2. Moskva “Dinamo”su (Rusiya) ilə ev oyununda isə 3:0 hesablı qələbə qeydə alınmışdı. "Fakro"ya gəlincə, bu komanda “Dinamo”ya səfərdə 2:3 uduzub, “Crvena Zvezda”nı 3:0 hesabıyla məğlub yola salmışdı.
"Lokomotiv"in qrupunda bu tur həmçinin “Dinamo” “Crvena Zvezda”nı səfərdə 3:1 məğlub edib.
Çempionlar Liqası
F qrupu
21 noyabr
LOKOMOTİV – FAKRO - 3:2 (25:22, 22:25, 25:19, 20:25, 15:6)
Qrupdakı son durum: Lokomotiv - 9, Dinamo – 8, Fakro - 5, Crvena Zvezda – 1.