Rabitə Atomu məğlub yola saldı, növbəti mərhələyə çıxdı (YENİLƏNİB)
22 noyabr 2012 19:55

Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət “Rabitə” klubu Çempionlar Liqasının 2012/2013-cü il mövsümündə dördüncü oyununa çıxıb. Azerisport.az xəbər verir ki, komandamız qrup mərhələsi çərçivəsində növbəti matçını doğma meydanda Polşa klubuna qarşı keçirib.
Təmsilçimizin bu dəfəki rəqibi yenə “Atom” idi. Komandamız bir həftə öncə bu rəqibini səfərdə darmadağın etmişdi – 3:0. İndi Azərbaycan klubu eyni aqibəti rəqibinə doğma azarkeşlərinin gözü önündə də yaşatmalıdyı. Belə olan halda təmsilçimiz vaxtından əvvəl qrupdan çıxmağı təmin edəcəkdi. Gözlənildiyi kimi, komandamız bu vəzifənin öhdəsindən gəlməyi bacarıb.
Xatırladaq ki, “Rabitə” ilk oyununu səfərdə “Agel”ə (Çexiya) qarşı keçirmiş və qələbə qazanmışdı – 3:0. İtaliyanın “Villa Cortese” klubu ilə Bakıdakı görüşdə də 3:1 hesablı qələbə əldə olunmuşdu. "Atom" isə “Villa Cortese”yə 1:3 uduzub, “Agel”ə 3:0 hesabıyla qalib gəlmişdi.
"Rabitə"nin qrupunda bu tur daha bir oyun keçirilib. “Villa Cortese” “Agel”i 3:0 məğlub edib.
Çempionlar Liqası
B qrupu
22 noyabr
RABİTƏ – ATOM - 3:1 (25:11, 23:25, 27:25, 25:21)
Qrupdakı son durum: Rabitə - 12, Villa Cortese- 9, Atom - 3, Agel – 0.