Azərreyl Rabitəyə qalib gəldi
28 noyabr 2012 00:03

Bu gün voleybol üzrə Azərbaycan Super Liqasında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu turda da 3 görüş baş tutub.
Azərbaycan Voleybol Mərkəzinin meydançasına öncə “İqtisadçı” və “Lokomotiv” çıxıb. Qarşılaşma liderin çətin qələbəsi ilə başa çatıb.
Turun mərkəzi oyununda son çempion “Rabitə” əsas rəqiblərindən olan “Azərreyl” ilə münasibətlərinə aydınlıq gətirib. “Rabitəçilər” bu görüşdən məğlub ayrılıblar.
Nəhayət, turun qapanış matçında “Lokomotiv-Biləcəri” ilə “Telekom” qarşılaşıb. Çempionatın debütantı bu görüşdə ilk qələbəsini bayram edib.
Azərbaycan Super Liqası
5-ci tur
27 noyabr
İqtisadçı – Lokomotiv - 3:1 (25:22, 17:25, 25:10, 25:20)
Azərreyl – Rabitə - 3:1 (25:21, 21:25, 25:19, 25:23)
Lokomotiv-Biləcəri – Telekom - 0:3 (21:25, 20:25, 21:25)
Turnir cədvəlindəki son durum:
İqtisadçı - 12 xal (5 oyun, set fərqi 13-5), Azərreyl - 9 (4, 10-4), Rabitə - 9 (4, 10-6), Bakı-Azəryol - 6 (4, 8-7), Lokomotiv - 6 (4, 8-7), Telekom - 3 (4, 3-12), Lokomotiv-Biləcəri - 0 (4, 1-12).