İddialılar sürprizə imkan vermədilər
1 dekabr 2012 00:15

Bu gün voleybol üzrə Azərbaycan Super Liqasında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu turda da 3 görüş baş tutub.
Azərbaycan Voleybol Mərkəzinin meydançasına öncə “Rabitə” və “Lokomotiv Biləcəri” çıxıb. Qarşılaşma son çempionun qələbəsi ilə başa çatıb.
Turun mərkəzi oyununda “Lokomotiv” “Azərreyl” ilə münasibətlərinə aydınlıq gətirib. “Dəmiryolçular” favoritlərdən biri ilə görüşdən məğlub ayrılıblar.
Nəhayət, turun qapanış matçında “Bakı-Azəryol”la “İqtisadçı” qarşılaşıb. Lider növbəti qələbəsini bayram edib və zirvədəki mövqeyini möhkəmləndirib.
Azərbaycan Super Liqası
6-cı tur
30 noyabr
Rabitə - Lokomotiv Biləcəri - 3:0 (25:9, 25:15, 25:12)
Lokomotiv – Azərreyl - 1:3 (23:25, 25:23, 25:27, 20:25)
Bakı-Azəryol – İqtisadçı - 0:3 (15:25, 26:28, 12:25)
Turnir cədvəlindəki son durum belədi:
İqtisadçı - 15 xal (6 oyun, set fərqi 16-5)
Azərreyl - 12 (5, 13-5)
Rabitə - 12 (5, 13-6)
Lokomotiv - 6 (5, 9-10)
Bakı-Azəryol - 6 (5, 8-10)
Telekom - 3 (5, 3-12)
Lokomotiv-Biləcəri - 0 (5, 1-15)