Azərreyl Türkiyə klubuna məğlub oldu (YENİLƏNİB)
5 dekabr 2012 20:00

Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çempionlar Liqasının 2012/2013-cü il mövsümündə beşinci oyununa çıxıb. Azerisport.az xəbər verir ki, komandamız qrup mərhələsi çərçivəsindəki növbəti matçını evdə Türkiyə klubuna qarşı keçirib.
Təmsilçimizin bu dəfəki rəqibi “Eczaçıbaşı”ydı. Komandamız bu rəqibinə səfərdə uduzduğundan, indi həmin yenilginin qisasını almaq istəyirdi. Lakin təəssüf ki, təmsilçimizin bu istəyi baş tutmayıb.
Xatırladaq ki, “Azərreyl” ilk oyununu evdə “Dresdner”ə (Almaniya) qarşı keçirmiş və qələbə qazanmışdı – 3:1. “Eczaçıbaşı” (Türkiyə) ilə səfərdəki qarşılaşma isə 0:3 hesablı yenilgi ilə bitmişdi. “Tauron” (Polşa) ilə ilk qarşılaşmada 3:1 qalib gələn təmsilçimiz bu rəqibinə səfərdə 2:3 uduzmuşdu.
Bu tur D qrupunda daha bir oyun keçirilib. "Tauron" "Dresdner"i 3:0 hesabıyla məğlub edib.
Çempionlar Liqası
D qrupu
5 dekabr
AZƏRREYL – ECZAÇIBAŞI – 1:3 (25:23, 21:25, 16:25, 21:25)
Qrupdakı son durum: Eczaçıbaşı - 14, Azərreyl - 7, Tauron – 6, Dresdner, 3.