Rabitə İtaliyadan qələbə ilə qayıdır (YENİLƏNİB)
6 dekabr 2012 00:44

Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət “Rabitə” klubu Çempionlar Liqasının 2012/2013-cü il mövsümündə beşinci oyununa çıxıb. Azerisport.az xəbər verir ki, komandamız qrup mərhələsi çərçivəsində növbəti matçını rəqib meydanında İtaliya klubuna qarşı keçirib.
Təmsilçimizin bu dəfəki rəqibi “Villa Cortese” idi. Komandamız bu rəqibini doğma meydanda məğlub etmişdi. İnti “Azərreyl” bu rəqibinə səfərdə də eyni aqibəti yaşatmaq istəyirdi. Təmsilçimiz bu istəyinə nail olmağı bacarıb.
Xatırladaq ki, “Rabitə” ilk oyununu səfərdə “Agel”ə (Çexiya) qarşı keçirmiş və qələbə qazanmışdı – 3:0. İtaliyanın “Villa Cortese” klubu ilə Bakıdakı görüşdə də 3:1 hesablı qələbə əldə olunmuşdu. "Atom" (Polşa) ilə görüşlərdə isə 3:0 və 3:1 hesablı qələbələrə sevinmişdik.
"Rabitə"nin qrupunda bu gün daha bir oyun keçirilib. “Atom” səfərdə “Agel”i darmadağın edib.
Çempionlar Liqası
B qrupu
5 dekabr
VİLLA CORTESE – RABİTƏ - 1:3 (20:25, 13:25, 25:15, 20:25)
Qrupdakı son durum: Rabitə - 15, Villa Cortese - 9, Atom - 6, Agel – 0.