Lokomotiv Moskvadan məğlub qayıdır (YENİLƏNİB)
6 dekabr 2012 21:45

Azərbaycanın qadın voleybolçulardan ibarət “Lokomotiv” klubu Çempionlar Liqasının 2012/2013-cü il mövsümündə beşinci oyununa çıxıb. Azerisport.az xəbər verir ki, bu turnirin debütantı olan komandamız qrup mərhələsi çərçivəsində növbəti matçını səfərdə Rusiya klubuna qarşı keçirib.
Təmsilçimizin bu dəfəki rəqibi Moskva “Dinamos”u idi. Komandamız səfərdə oynasa da, növbəti matçında da qələbə qazanmaq iddiasındaydı. Hansı ki, “dəmiryolçular” buna Bakıda nail ola bilmişdilər. Lakin təəssüf ki, komandamız dramatik keçən qarşılaşmadan məğlub ayrılıb.
Xatırladaq ki, “Lokomotiv” ilk oyununu səfərdə “Crvena Zvezda”ya (Serbiya) qarşı keçirmiş və qələbə qazanmışdı – 3:2. Moskva “Dinamo”su (Rusiya) ilə ev oyununda isə 3:0 hesablı qələbə qeydə alınmışdı. Polşa "Fakro"su ilə görüşlərə gəlincə, bu komandanı səfərdə 3:1, evdə 3:2 hesabıyla məğlub etmişdik.
"Lokomotiv"in qrupunda bu tur daha bir oyun keçirilib. “Fakro” səfərdə “Crvena Zvezda”nı darmadağın edib – 3:0.
Çempionlar Liqası
F qrupu
6 dekabr
DİNAMO – LOKOMOTİV - 3:2 (22:25, 21:25, 25:14, 25:22, 15:12)
Qrupdakı son durum: Lokomotiv - 11, Dinamo – 9, Fakro - 8, Crvena Zvezda – 1.