Rabitə Ageli darmadağın edib, pley-offa çıxdı (YENİLƏNİB)
11 dekabr 2012 18:25

Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət “Rabitə” klubu Çempionlar Liqasının 2012/2013-cü il mövsümündə altıncı oyununa çıxıb. Azerisport.az xəbər verir ki, komandamız qrup mərhələsi çərçivəsindəki son matçını doğma meydanda Polşa klubuna qarşı keçirib.
Təmsilçimizin bu dəfəki rəqibi “Agel” idi. Komandamız səfərdə məğlub etdiyi bu rəqibini doğma meydanda da məğlub etməyi bacarıb. Nəticədə, təmsilçimiz pley-offa vəsiqəni rəsmiləşdirib.
Xatırladaq ki, “Rabitə” ilk oyununu səfərdə məhz “Agel”ə (Çexiya) qarşı keçirmiş və qələbə qazanmışdı – 3:0. İtaliyanın “Villa Cortese” klubu ilə Bakıdakı görüşdə də 3:1 hesablı qələbə əldə olunmuşdu. "Atom" (Polşa) ilə görüşlərdə isə 3:0 və 3:1 hesablı qələbələrə sevinmişdik. “Rabitəçilər” son olaraq “Villa Cortese”ni səfərdə 3:1 yenmişdilər.
"Rabitə"nin qrupunda bu gün daha bir oyun keçiriləcək. “Atom” evdə “Villa Cortese”ni qəbul edəcək.
Çempionlar Liqası
B qrupu
11 dekabr
RABİTƏ – AGEL - 3:0 (25:17, 25:23, 25:15)
Qrupdakı son durum: Rabitə - 18, Villa Cortese - 9, Atom - 6, Agel – 0.